Tanrının ömür payı
Müəllif | Rafiq Yusifoğlu |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | "Sumqayıt" nəşriyyatı |
Nəşr yeri | Sumqayıt |
Rafiq Yusifoğlu. Tanrının ömür payı. Sumqayıt, "Sumqayıt" nəşriyyatı, 2007.
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, "Qızıl qələm", "Vətən", "Araz", "İlin ən yaxşı kitabı", "Tofiq Mahmud" mükafatları laureatı, görkəmli Azərbaycan şairi, tanınmış ədəbiyyatşünas, tərcüməçi, publisist Rafiq Yusifoğlu "Yurdum-yuvam", "Ətirli düymələr", "Ocaq yeri", "Aylı cığır", "Qəm karvanı", "Həsrət köçü", "Şirin yağış" (rus dilində), "Böyük arzuya gedən yol", "Çiçək yağışı", "Təzə sevdalara doğru", "Söz çəməni", "Ayrılığın qəm hasarı", "Günlərimiz, aylarımız", "Həsrət sazağı", "Yollar", "Sevdalı sabahlar", "Ana dilim" adlı şeir, "Bahar qatarı", "Şirin yuva", "Dəniz səviyyəsi" adlı nəsr, "Xatirə kəcavəsi", "Bir sevdalı ürəyim var" adlı publisistika, "Kitabi-Dədə Qorqud" adlı komikslər kitablarının, "Azərbaycan poeması: axtarışlar ve perspektivlər" monoqrafiyasının, "Ədəbiyyatşünaslığın əsasları", "Uşaq ədəbiy-yatı", "Müasir ədəbi proses və ədəbi tənqid" dərsliklərinin, bir neçə tərcümə kitablarının müəllifidir. Şairin "Tanrının ömür payı" adlanan yeni kitabına onun elmi-publisistik məqalələri, radio və televiziyada etdiyi bəzi çıxışların mətnləri, son illərdə mətbuatda əsərləri haqqında dərc edilmiş yazılar, həmçinin müəllife ünvanlanan yeni oxucu məktubları daxil edilmişdir.