Şuşa həsrəti: metodik vəsait
Müəllif | Nailə Alışova, Adilə Abdullayeva |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
Nailə Alışova, Adilə Abdullayeva. Şuşa həsrəti: metodik vəsait. Bakı, Azərbaycan Milli Kitabxanası, 2007.
Qarabağ təbiətin bütün gözəlliklərini özündə əks etdirən gözəl bir diyardır və ən səfalı guşəsi Şuşa şəhəridir. Hər daşı, hər qarış torpağı xalqımızın həyatında baş vermiş bir çox tarixi hadisələrin şahidi olan bu şəhər görənləri valeh edirdi. Şuşa təkcə cənnət məkanı deyil, həm də hərbi strateji əhəmiyyət kəsb edən bir alınmazlıq, basılmazlıq qalası olmuşdur. Şuşa dağdan açılan pəncərə, aydınlıq, işıqlıq paylayan ucalıqdı. Düşmənlərə, yadellilərə göz dağıydı. Bu kitabda məhz Şuşaya, onun tarixinə, mədəniyyətinə, iqtisadiyyatına və s. məsələlərə həsr olunmuşdur.