Sənədlərin biblioqrafik təsvir qaydaları haqqında (7.1-2003 Dövlət standartı əsasında): metodik vəsait
Müəllif | S. Quliyeva |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
S. Quliyeva. Sənədlərin biblioqrafik təsvir qaydaları haqqında (7.1-2003 Dövlət standartı əsasında): metodik vəsait. Bakı, Azərbaycan Milli Kitabxanası, 2011.
Biblioqrafik təsvir sənədlər haqqında ən mühüm məlumatları əks etdirən biblioqrafik əlamətlərin müəyyən toplusudur. Biblioqrafik təsvir olmadan heç bir məlumat mənbəyi keçinə bilməz. Sənəd kütləsi günbəgün artdıqca, insanların sənədlərə olan tələbatı çoxaldıqca, təsvir qaydaları da təkmilləşmiş, zənginləşmiş və mühüm üstünlüklərə nail olmuşdur. Yeni dövlət standartı (7.1-2003) öz tərtibi keyfiyyətləri ilə əvvəlki 7.1-84 standartından xeyli fərqlənir və bir sıra yenilikləri özündə əks etdirir.