GERIYƏ

Xalq şairi Süleyman Rüstəmin 100 illiyi ilə əlaqədar metodik tövsiyyələr

Müəllif Zenfira Sadiq qızı Qulamova
Nəşr olunduğu il 2006
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Azərbaycan Milli Kitabxanası
Nəşr yeri Bakı

Zenfira Sadiq qızı Qulamova. Xalq şairi Süleyman Rüstəmin 100 illiyi ilə əlaqədar metodik tövsiyyələr. Bakı, Azərbaycan Milli Kitabxanası, 2006.

Xalq şairi Süleyman Rüstəm XX əsr Azərbaycan ədəbiyyatının ilk təməlini qoyan yazıçılar nəslinə mənsubdur. Qüdrətli söz ustasının çoxcəhətli yaradıcılığı yeni səpkili milli poeziyanın təşəkkülü və inkişafı ilə bağlıdır. Əlbəttə, Süleyman Rüstəmin yaradıcılığı zəngindir, çoxcəhətlidir, bu yaradıcılıq XX əsr ədəbiyyatının aparıcı inkişaf yolları və vəzifələri ilə dərindən, bütün mənəvi əsasları bağlı olduğu kimi həm də bu inkişafa güclü və dərindən təsir göstərmişdir. Yalnız bunu qeyd etmək kifayətdir ki, əsrin 20-ci illərindən sonra poeziya ilə başlayan ilk şair olaraq Süleyman Rüstəm poeziyada öz məktəbini yaratmış böyük bir şairdir. Onun poeziya məktəbi şerimizin yeni nəsillərinin yaradıcılıq təşəkkülündə müstəsna rol oynamışdır və təsdiq edə bilərik ki, bu məktəbin dəyərləri yeni əsrin poeziyası üçün də öz dəyərini qoruyub saxlamışdır.