İqtisadi siyasətin nəzəri əsasları şöbəsi
Müəllif | Səməndərov Seyfəddin Sabir oğlu |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | APOSTROF-A |
Nəşr yeri | Bakı |
Səməndərov Seyfəddin Sabir oğlu. İqtisadi siyasətin nəzəri əsasları şöbəsi. Bakı, APOSTROF-A, 2024.
İqtisadi təlimlər tarixi fənninin öyrənilməsində əsas məqsəd-lərdən biri iqtisad elminin inkişaf qanunauyğunluqlarının dərk olunması, bir iqtisadi təliminin digər iqtisadi təlimlərlə əvəz olunması səbəbləri, iqtisadi siyasətlərin formalaşması və inkişafı ilə əlaqədar proseslərin nəzərdən keçirilməsidir. Hər bir iqtisadi təlim konkret bir ölkədə yaranmış, həmin ölkənin müəyyən iqtisadi və siyasi sistemi mövcud olmuş, elm və təhsil müəyyən inkişaf səviyyəsinə nail olmuşdur. Hər bir iqtisadi təlimin öz müsbət tərəfləri vardır. Lakin eyni zamanda bu nəzəriyyələrdə heç də hər bir şey tam və hər tərəfli işıqlandırılmamışdır. Bu səbəbdən də iqtisadi təlimlər tarixinin başlıca vəzifəfi bu təlimlərin əvvəlki təlimlərlə müqayisəli şəkildə təhlil edilib öyrənilməsidir.