GERIYƏ

Ağarmayın, ay saçlarım, amandı....

Müəllif Mikayıl Azaflı
Nəşr olunduğu il 2024
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat
Nəşr yeri Bakı

Mikayıl Azaflı. Ağarmayın, ay saçlarım, amandı..... Bakı, , 2024.

O, gözəl aşıq-şair olmaqdan başqa, həm də mahir bir saz bəstəçisi idi. On ikidən çox saz havası Mikayıl Azaflının ürəyindən və barmaq-larından qopub: "Azaflı dübeyti", "Azaflı gözəlləməsi", "Azaflı gəraylısı", "Azaflı bəhri", "Ozan marşı", "Mikayılı" sırasından olan çoxsaylı mükəmməl havalar öz melodikliyi, emosio-nallığı, dərinliyi ilə seçilir və həmişə də seçiləcək. Aşıq şeirinin, demək olar ki, bütün biçimlərində söz düzüb-qoşub bu mahir sənətkar. Təkcə təcnisin iyirmi doqquz çeşidini ərsəyə gətirdiyini göz önünə gətirsək görərik ki, ustad Mikayıl Azaflı dilimizin poetik incəliklərini, onun cinas yaratma imkanlarını nə qədər həssaslıqla mənimsəmiş və onları böyük ustalıqla təqdim etməyi bacarmışdır.