Sədaqət Kərimova - 50 : Kərimovanın yaradıcılığının mədəni-maarif müəssisələrində təbliği
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Sədaqət Kərimova - 50 : Kərimovanın yaradıcılığının mədəni-maarif müəssisələrində təbliği. Bakı, , 2003.
50 illiyini qeyd etdiyimiz Sədaqət Kərimova Azərbaycan, ləzgi və rus dillərində milli koloriti, vətən sevgisi, vətəndaş mövqeyi, zəngin ədəbi dili və həyatiliyi ilə seçilən şer, poema, hekayə, pyes, povest və romanlardan ibarət 10 kitabın, 3000-dən artıq oçerkin və publisist məqalənin müəllifidir. Onun elmi məqalələri, Azərbaycan xalqının taleyüklü məsələlərinə, xüsusən də Qarabağ müharibəsinə, Azərbaycan və ləzgi xalqlarının dostluğuna dair silsilə məqalələri Azərbaycan, Dağıstan, Şimali Qafqaz respublikaları və Rusiya oxucuları tərəfindən rəğbətlə qarşılanmışdır. Böyük istedadı, dərin biliyi, geniş dünyagörü-şü, gözəl müşahidə qabiliyyəti, rəvan və axıcı dili, səlis qələmi ilə seçilən S.Kərimova dünyanın 20-dən çox ölkəsində olmuş, məqalələrinin bir qismi dünyanın bir sıra ölkələrində dərc edilmişdir.