Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii ədəbiyyatı: Biblioqrafiya
Müəllif | İ.Əliyeva, J.Məmmədova |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | Füyuzat |
Nəşr yeri | Bakı |
İ.Əliyeva, J.Məmmədova. Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii ədəbiyyatı: Biblioqrafiya . Bakı, Füyuzat, 2025.
Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ilk dəfə tərtib edilmiş, “Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii
ədəbiyyatı” biblioqrafiyası eyni soy–kökə və tarixə söykənən Azərbaycan və Özbəkistan xalqlarının ədəbi əlaqələrinə həsr edilmişdir. Biblioqrafiyada özbək şair və
yazıçılarının Azərbaycan dilinə tərcümə edilmiş kitabları, özbək ədibləri və onların əsərləri haqqında 1872–2024-cü illərdə nəşr edilmiş kitablar öz əksini tapmışdır. Vəsaitdə, həmçinin, özbək ədəbiyyatının Azərbaycanda tədqiq və təbliğ tarixi araşdırılmışdır. Materiallar Azərbaycan, rus və özbək dilləri üzrə verilmişdir.
Biblioqrafik vəsait ədəbiyyatşünaslar, Azərbaycan–özbək ədəbi əlaqələri ilə maraqlanan alimlər, tədqiqatçılar, kitabxanaçı–biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur