Azərbaycan 1995: Qarşıdurmadan Milli həmrəyliyə. I hissə
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Dövlətçilik, Siyasət |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Azərbaycan 1995: Qarşıdurmadan Milli həmrəyliyə. I hissə. Bakı, , 2005.
Üç hissədən ibarət olan toplu "Azərbaycan 1993: Anarxiyadan sabitliyə kitabı ilə başlanan nəşrin davamı kimi, 1995-ci ildə Azərbaycanda ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti, Prezident Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsində həyata keçirdiyi daxili və xarici siyasətin əsas istiqamətlərini əks etdirir. Topluya Azərbaycan Prezidenti Heydər Əliyevin müxtəlif görüşlərinin və xarici səfərlərinin materialları, çıxış və müsahibələri daxil edilmişdir.
AzərTAc-ın və rəsmi dövlət qəzetlərinin məlumatları əsasında tərtib olunmuş toplunun materialları Azərbaycanın bəhs olunan dövrdəki tarixini öyrənmək üçün mühüm mənbə rolunu oynayır.
Proseslərin inkişaf dinamikasını aydın izləmək və mahiyyətini daha dərindən dərk etmək məqsədilə materiallar xronoloji ardıcıllıqla verilmişdir. Toplunun birinci hissəsi 1995-ci ilin yanvar-may aylarını əhatə edir.
Kitab Azərbaycan Respublikasının ictimai-siyasi həyatı və dövlət quruculuğu prosesi ile maraqlanan tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur