Lətif Kərimovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar kitabxanaların görəcəyi işlər: metodik vəsait
Müəllif | Məmməd Məmmədov |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
Məmməd Məmmədov. Lətif Kərimovun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar kitabxanaların görəcəyi işlər: metodik vəsait. Bakı, Azərbaycan Milli Kitabxanası, 2006.
Lətif Kərimov tanınmış rəssamlarımız ilə birlikdə 1940-41-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Bu xalçalarda şairin «Xəmsəsinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilmişdir. Ornament hissələrinin rəssamı kimi bu xalçaların toxunmasına rəhbərlik edən L.Kərimov və başqa müəlliflər xalçalarda süjetli səhnələrlə, naxış haşiyəsinin uyğun verilməsinə müvəffəq olmuşlar. Azərbaycan miniatürlərinə xas olan aydın rənglərdən və dekorativ şərti təsvir motivlərindən burada yerli-yerində istifadə edilmişdir.