Kitabi-Dədə Qorqud dastanı: biblioqrafiya
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | M.F.Axundzadə adına Milli Kitabxana |
Nəşr yeri | Bakı |
. Kitabi-Dədə Qorqud dastanı: biblioqrafiya. Bakı, M.F.Axundzadə adına Milli Kitabxana, 2015.
Azərbaycan Milli Kitabxanasının hazırladığı növbəti biblioqrafiyada Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyinə həsr edilmişdir. Biblioqrafiyada Türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu dastan haqqında zəngin məlumat toplanmışdır. Vəsaitdə görkəmli şəxsiyyətlərin epos haqqında dəyərli fikirləri də öz əksini tapmışdır.
Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş
oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.