Təbriz livasının müfəssəl dəftəri İkinci cild
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | BDU Nəşr Evi |
Nəşr yeri | Bakı |
. Təbriz livasının müfəssəl dəftəri İkinci cild. Bakı, BDU Nəşr Evi, 2024.
1720-ci illərdə Osmanlı imperiyasının Azərbaycan və Cənubi Qafqazı fəthi dövründə dövlətin maliyyə məmurları tərəfindən mövcud qaydalara uyğun olaraq yeni fəth olunmuş ərazilər üçün vergi reyestrləri (tahrir dəftərləri) tərtib edilmişdir. Oxucuların diqqətinə təqdim olunan va 1728-ci ildə iki cilddən ibarət olaraq hazırlanan "Tabriz livasının müfəssəl dəftəri" də məhz həmin dövrün məhsuludur. Bir zamanlar vergi ödəyən əhalini qeydiyyata almaq və vergitoplama işlərini həyata keçirmək məqsədilə hazırlanmış bu sənəd hazırda XVIII əsrin ilk onilliklərində Təbriz şəhəri və ətraf bölgələrinin sosial-iqtisadi tarixinə dair ən mötəbər və dəyərli qaynaqlardan biridir. Bu mənbədən tarixçilər, coğrafiyaçılar, iqtisadçılar, etnoqraflar, dilçilər, eləcə də geniş oxucu kütləsi faydalana bilar