Müasir farmakokimyada polimer vektorlar
Müəllif | S.M.Məmmədova |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Elm" |
Nəşr yeri | Bakı |
S.M.Məmmədova. Müasir farmakokimyada polimer vektorlar. Bakı, Elm", 2021.
Kitab sintetik və təbii polimerlər əsasında polimer vektorların alınması və onların dərman preparatlarının immobilizə olunması və ünvanlı çatdırılmasına həsr edilmişdir. Məlumdur ki, dərman maddələri orqanizmdə uzun müddət qala bilmir, metabolizmə uğrayaraq orqanizmdən tez bir zamanda xaric olunur. Bundan başqa, orqanizmdə xəstə orqanlara təsir etməklə yanaşı, digər orqanlara da toksiki təsir edərək əlavə təsirlərə də səbəb olurlar. Bu problemin qarşısını almaq üçün dərman maddələrinin polimer vektorlara immobilizə edilməsi bioüzvi kimya və tibbi biotexnologiyanın aktual məsələlərindən birinə çevrilmişdir