GERIYƏ

Nadir Şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər

Müəllif
Nəşr olunduğu il 2020
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Elm
Nəşr yeri Bakı

. Nadir Şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər. Bakı, Elm, 2020.

Kitabda ilkin mənbələr əsasında Nadir şah Əfşarın hakimiyyəti illərində Azərbaycanda xristian əhalinin vəziyyəti araşdırılmış və bu zaman əsas diqqət tarixşünaslıqda az öyrənilmiş bir məsələyə xristian əhalinin imtiyazları və onlara göstərilən himayədarlıq məsələsinə yetirilmişdir. Nadir şahın xristian kilsə və monastırlarının nümayəndələrinə qarşı xeyirxah siyasəti bu Əfşar hökmdarının çoxsaylı hökm və fərmanlarında öz ifadəsini tapmışdır. Nadir şahın öz xristian təbəələrinə qarşı yeritdiyi dözümlü siyasət nəticəsində Üç kilsə yeparxiyasının mülkiyyəti vergilərdən azad edilmişdi. Xristianlara kilsələrini nəinki bərpa etməyə, həm də yenilərini tikməyə icazə verilirdi. Nadir şah erməni əhalisinin qonşu Osmanlı imperiyasından Şimali Azərbaycan arazilərinə köçmələrinə də himayədarlıq edirdi