İlham Əliyev: İpək yolu sivilizasiyası və Azərbaycan diplomatiyası
Müəllif | Nərman Qocatürk |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Nurlan |
Nəşr yeri | Bakı |
Nərman Qocatürk. İlham Əliyev: İpək yolu sivilizasiyası və Azərbaycan diplomatiyası. Bakı, Nurlan, 2008.
Kitab ümummilli lider Heydər Əliyevin layiqli varisi, ideyalarının davamçısı, uğurlu daxili və xarici siyasəti ilə bu gün ölkəmizi regionda sabitliyin, dünyada enerji təhlükəsizliyinin təminatçısına çevirən, transmilli layihələri gerçəkləşdirməklə Azərbaycanı Avropa ailəsinə qovuşduran, qısa vaxtda böyük nailiyyətlərə, çoxsaylı uğurlara imza atan Azərbaycan prezidenti İlham Əliyevin genişmiqyaslı fəaliyyətinin elmi-nəzəri şərhinə həsr olunmuşdur.
Monoqrafiyada çağdaş Azərbaycan dövlətinin qurucusu, siyasətin böyük Adamı - Heydər Əliyevin Azərbaycanın inkişafına, tərəqqisinə bağışlanan ömür yolu hərtərəfli işıqlandırılır.
Böyük Köç Yolunun qapısı, İpək Yolunun ipək yörəsi Azər-baycanın Şərqlə Qərb arasındakı minillikləri çevrələyən nüfuzuna, bu nüfuzu yaradan, yaşadan millət fədailərinin - qüdrətli şəxsiyyətlərin, xaqan sərkərdələrin, ictimai xadimlərin xalqımızın istiqlalı, azadlığı yolunda milli dövlətçilik adına yazdıqları altun səhifələrə ayna tutulur.