Faciəli təqvim tariximiz: hər bir azərbaycanlı üçün qan yaddaşı: I cild
Müəllif | Tapdıqoğlu Nazim |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | İmza nəşrlər evi |
Nəşr yeri | Bakı |
Tapdıqoğlu Nazim. Faciəli təqvim tariximiz: hər bir azərbaycanlı üçün qan yaddaşı: I cild. Bakı, İmza nəşrlər evi, 2022.
Bu kitabda başı tarixən min bir bəlalar çəkmiş Azərbaycanın, Azərbaycan türklərinin ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciələrin təqvim tarixləri toplanmışdır.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu kitabda təqvimin illərə görə xronoloji ardıcıllıqla düzülən hər bir gününün müxtəlif faciəli hadisələri əks olunmuşdur. Kitab faciəli, amma eyni zamanda dəyərli tarixi keçmişi əks etdirən və bu səpkidə ürəklə, əsl vətənpərvərlik ruhu, türkçülük eşqi ilə yazılan ilk sestemli, universal nəşrdir. Müəllif hər bir təqvim gününün Azərbaycan xalqı üçün faciə xarakteri daşıdığını sübut etməyə çalışmış və buna, demək olar ki, nail olmuşdur.