GERIYƏ

Şərabçılıq

Müəllif Gülağa Ağazadə
Nəşr olunduğu il 2019
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat
Nəşr yeri Bakı

Gülağa Ağazadə. Şərabçılıq. Bakı, , 2019.

Üzümçülük və şərabçılıq iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Yüksək keyfiyyətli və dünya standartlarına cavab verən üzümçülük və şərabçılıq məhsullarının təsnifat əsasında istehsalının artırılması respublikamızda aktual problemlərdən biridir. Şərabçılıq yeyinti sənayesinin mühüm sahələrindən biridir. Şərabçılıq peşəsinə yiyələnmədən öncə onun faydalı tərəflərini bilmək lazımdır. Şərabda olan qida maddələri və bioloji aktiv birləşmələr insan orqanizmi üçün çox faydalıdır. Tərkibində olan üzvi turşular, azot maddələri, pektinlər, mineral maddələr pəhriz maddəsi kimi çox böyük əhəmiyyət kəsb edir. Şərabda olan vitaminlər, mikroelementlər və radioaktiv maddələr insan orqanizmi üçün müalicəvi əhəmiyyətə malikdir. Ağ və qırmızı süfrə şərabları normada içildikdə mədə, maddələr mübadiləsi pozulması, qanazlığı, zəiflik kimi xəstəliklərin müalicəsində əhəmiyyətli rol oynayır. Bundan əlavə, şərabların antiseptik və bakterisid xüsusiyyətləri var.