GERIYƏ

Boyalarda yaşayan ömür

Müəllif B. Ələsgərov
Nəşr olunduğu il 2009
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Azərbaycan Milli Kitabxanası
Nəşr yeri Bakı

B. Ələsgərov. Boyalarda yaşayan ömür. Bakı, Azərbaycan Milli Kitabxanası, 2009.

Azərbaycan təsviri incəsənət tarixində doğma təbiətin gözəlliklərini tərənnüm edən sənətkarlar az olmamışdır. Bu mənada Xalq rəssamı Səttar Bəhlulzadənin (1909-1974) ölməz irsi təsviri sənətimizdə yeni və unudulmaz səhifələr yaratmışdır. O, doğma təbiətimizi tərənnüm edən istedadlı mənzərə ustalarımızdan biridir. Öz vətəninin gözəlliklərinə valeh olan bu rəssam Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkmişdir.