Azərbaycan: suvarma əkinçiliyinin reformasiyası və ekoloji dayanıqlığı. Monoqrafiya
Müəllif | Mehman Ağarza oğlu Rzayev |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Aqrar |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Mehman Ağarza oğlu Rzayev. Azərbaycan: suvarma əkinçiliyinin reformasiyası və ekoloji dayanıqlığı. Monoqrafiya. Bakı, Elm və təhsil, 2019.
Bu monoqrafiyada müəllif tərəfindən aparılmış çoxillik elmi-tədqiqatların nəticələrinə əsaslanaraq bazar iqtisadiyyatının formalaşdığı dövr ərzində Azərbaycanın suvarma əkinçiliyinin transformasiyasının xüsusiyyətləri, özəlləşdirilmiş əkin torpaqlarından və suvarmada sudan istifadənin müasir problemləri, müxtəlif inkişaf səviyyəli və aqrar sektorunun strukturu və inkişaf modelləri fərqli olan bir sıra ölkələrin təcrübələrindən bəhs edilmişdir. Müəllif kompleks yanaşma əsasında və regionun xüsusiyyətləri nəzərə alınmaqla qlobal iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına yönələn və səmərəli suvarma əkinçiliyinə nail olunması yollarını əsaslandırmışdır.