Vətən igidləri ilə tanınır!
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Vətən igidləri ilə tanınır!. Bakı, , 2018.
Qarabağ torpağı dünyanın ən qədim insan məskənlərindən biridir. Bu gün işğal altında olan Füzuli torpağında Azıx mağarası yerləşir. Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilər Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yaşamamış, bu ərazilərə sonradan və tədricən başqa ölkələrdən köçürülmüşlər. XIX əsrin salnaməçilərindən olan Mirzə Yusif Qarabağinin Rusiya-İran münasibətlərinin (1800-1828) və Azərbaycan tarixinin müəyyən səhifələrini öyrənmək nöqteyi-nəzərindən qiymətli mənbələrdən birini təşkil edən "Tarixi-Safi" əsərində ermənilərin tarixi ərazilərimizə ilk gəlişləri haqqında maraqlı faktlar açıqlanır.