Çayların bərpası və ekoloji axımı
Müəllif | F.Ə.İmanov, R.A.İsmayılov, A.A.Nuriyev |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Ekologiya |
Nəşriyyat | Ecoprint |
Nəşr yeri | Bakı |
F.Ə.İmanov, R.A.İsmayılov, A.A.Nuriyev. Çayların bərpası və ekoloji axımı. Bakı, Ecoprint, 2019.
Dərs vəsaitində antropogen amillərin təsirinə məruz qalan çayların təbii rejiminin bərpasında istifadə olunan yanaşmalara, qarşıya çıxan əsas problemlərə baxılmış, bərpa planının strukturu təhlil edilmiş, müxtəlif ölkələrdə yerinə yetirilmiş bərpa layihələri haqqında məlumat verilmişdir. Göstərilmişdir ki, çayların bərpası üzrə həyata keçirilən ən mühüm tədbirlərdən biri ekoloji axımın təmin olunmasıdır. Ekoloji axımın mövcud hesablama metodlarının konseptual əsasları izah olunmuş, müxtəlif hidroloji metodlarla hesablama nümunələri verilmişdir.