Fikrət Əmirovun anadan olmasının 80 illiyi və kitabxanaların vəzifələri: Metodik tövsiyələr
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2003 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | M.F. Axundov ad. Dövlət Kitabxanası |
Nəşr yeri | Bakı |
. Fikrət Əmirovun anadan olmasının 80 illiyi və kitabxanaların vəzifələri: Metodik tövsiyələr. Bakı, M.F. Axundov ad. Dövlət Kitabxanası, 2003.
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirov yaradıcılığı milli musiqimizin inkişafı tarixində xüsusi mərhələ təşkil edir.
F.Əmirovun yaradıcılıq dairəsi geniş və əhatəlidir. Onun musiqisi istər MDB məkanında və istərsə də bir çox xarici ölkələrdə geniş dinləyici kütləsinin məhəbbətini qazanmışdır. Musiqi sənətinin bütün sahələrində yaratdığı bədii dəyərlərə malik əsərlərində müasir həyat həqiqətlərinin müxtəlif cəhətlərini açmış, Azərbaycan xalqının tarixi keçmişini cəlb edən ən əlamətdar səhifələrini canlandırmışdır.