İkirəqəmli müəllif işarəsi cədvəlləri
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2001 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | M.F. Axundov ad. Dövlət Kitabxanası |
Nəşr yeri | Bakı |
. İkirəqəmli müəllif işarəsi cədvəlləri. Bakı, M.F. Axundov ad. Dövlət Kitabxanası, 2001.
Respublikamızda latın qrafikalı Azərbaycan əlifbasına keçiddən 10 ilə yaxın bir vaxt keçir. «Latın qarfikalı Azərbaycan əlifbasının bərpası haqqında» Azərbaycan Respublikasının qanunu 25 dekabr 1991-ci ildə qəbul edilməsinə baxmayaraq istər mətbuatda, istərsə də idarə və müəssisələrdə bu iş özünün tam praktiki həllini tapmamışdı. Azərbaycan Respublikasının prezidenti H.Əliyevin «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi» 18 iyun 2001- ci il tarixli fərmanına görə avqust ayının 1-dən etibarən bütün ölkə ərazisində latın qarfikasından istifadə məcburi hesab edilir. Bu fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün respublika kitabxanalarının, o cümlədən M.F.Axundov adına Respublika Dövlət Kitabxanasının qarşısında bir sıra həlli vacib məsələlər durur. Bu vacib işlərdən biri kiril əlifbası əsasında tərtib edilmiş «ikirəqəmli müəllif işarəsi cədvəliəni» latın qrafikalı əlifba əsasında tərtib etməkdir