Elçin. Ömrün 75-ci baharı
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Elçin. Ömrün 75-ci baharı. Bakı, , 2018.
Azərbaycan ədəbiyyatının tarixində özünə möhkəm yer tutmuş, yaxud böyük mövqe qazanmış, az da olsa, elə şəxsiyyət- şəxsiyyət-lər var ki, onlar həm yaradıcısənətkar, həm metodoloq-mütəfəkkir və ya metodoloq-ideoloq, həm də ədəbiyyatın, xüsusilə milli ədəbiyyatın təəssübkeşidirlər. Mirzə Fətəli Axundzadədən başlayan bu estetik-intellektual ənənə - məktəbin davamını XX əsrin əvvəllərində, yeni tarixi şəraitdə (və fərqli tipologiyalarla!) Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, 30-cu illərdən tamamilə yeni tarixi şəraitdə isə Səməd Vurğunun, Mirzə İbrahimovun, Mehdi Hüseynin, Rəsul Rzanın... təcrübəsində görürük. Sosializm realizminin tənəzzülünün başlandığı XX əsrin ortalarından sonra milli ədəbiyyatı həm yaradanlar, həm onun metodologiyasının nədən ibarət olduğunu müzakirə edənlər, həm də təəssübbünü çəkənlər ayrı-ayrılıqda kifayət qədər çox olmuşdur. Ancaq bütün bunları öz fəaliyyətində bir küll (kompleks!) halında birləşdirən ən parlaq sima məhz Elçindir