Bioetika, Hüquq və İnsan Hüquqları
Müəllif | Aytən Mustafayeva |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Hüquq elmləri |
Nəşriyyat | "Adventa Qroup" MMC |
Nəşr yeri | Bakı |
Aytən Mustafayeva. Bioetika, Hüquq və İnsan Hüquqları. Bakı, "Adventa Qroup" MMC, 2013.
Tədqiqat mövzusunun aktuallığı. Müasir elmi təfəkkür təbiətə, insana və məişətə münasibətdə yeni üfüqlər açmaqdadır. Təbabət və yeni texnologiyalar sahələrində böyük miqyaslı kəşflər nəticəsində hüquqi, siyasi və mənəvi xarakterli çoxlu sayda mürəkkəb və ziddiyyətli problemlər yaranmışdır. Təcrübələrin doğurduğu bioetik problemlər adlandırılan həll olunmamış çoxsaylı məsələlər ortaya çıxmışdır. Alfred Rubinin qeyd etdiyi kimi, cəmiyyət göstərilən məsələləri həll etmək iqtida-rında olmadığından, bu problemləri düşünüb-danışmağın zəruriliyi yaranmışdır. Ona görə də buna cavab olaraq son onilliklər ərzində yeni elmi istiqamət - bioetika formalaşmaqdadır [92, s.165-166].