GERIYƏ

Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti

Müəllif Tofiq Nəcəfli
Nəşr olunduğu il 2020
Elm sahəsi Tarix
Nəşriyyat Turxan NPB
Nəşr yeri Bakı

Tofiq Nəcəfli . Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı, Turxan NPB, 2020.

Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin xarici siyasətinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsi öyrənilmişdir. Əsərdə Azərbaycan Səfəvi dövlətinin yaranması və möhkəmlənməsi prosesinə Türkiyə tarixçilərinin münasibəti aydınlaşdırılmış və XVI-XVIII əsrin I yarısında Səfəvi və Osmanlı dövlətləri arasındakı siyasi əlaqələr, Azərbaycan Səfəvi dövlətinin Məmlük dövləti, Şeybanilər, Türküstan xanlıqları, Böyük Moğol imperiyası, Böyük Moskva knyazlığı, Gürcüstan knyazlıqları və Avropa ölkələri ilə qarşılıqlı əlaqələr tarixinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsi araşdırılmış və dövrün mənbələrindən istifadə edilərək təhlil edilmişdir. Əsərdə Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixinə dair zəngin faktik material verilir