Azərbaycan mühacirəti tarixi
Müəllif | X.C.İbrahimli |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | ADPU |
Nəşr yeri | Bakı |
X.C.İbrahimli. Azərbaycan mühacirəti tarixi. Bakı, ADPU, 2012.
Kitabda XIX əsrin əvvəllərində rusların Qafqazı işğal etməsi ilə istiqlalçı Azərbaycan mühacirətinin meydana gəlməsi, mühacirətin 1918-ci il milli istiqlaliyyət əldə olunana qədərki mərhələsi, 1920-ci il 27 aprel işğalı ilə devrilmiş Azərbaycan müstəqilliyinin yenidən bərpası uğrunda mühacirlərin fasiləsiz olaraq 70 ilə yaxın xarici ölkələrdə apardıqları mübarizə, ağır, təhlükəli, əsəbi həyat şəraitində müxtəlif ölkələrdə, onlarla ictimai-siyasi təşkilatın yaradılması şərh edilir, otuzdan artıq qəzet və dərginin ərsəyəgəlməsindən, yazılan minlərlə əsərdən, nəhayət, milli ideologiyanın daha da dolğunlaşdırılmasından bəhs olunur. Əsərdə Azərbaycanın yenidən öz
müstəqilliyinə qovuşmasında mühacirətin gördüyü işlərin məzmun və əhəmiyyətinə aydınlıq gətirilmişdir.