Görkəmli dövlət və elm xadimi professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 110-illiyinə həsr olunmuş elmi konfransın materialları
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Tibb elmləri |
Nəşriyyat | Təbib |
Nəşr yeri | Bakı |
. Görkəmli dövlət və elm xadimi professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 110-illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, Təbib, 2007.
Böyük düha sahibi, görkəmli dövlət və elm xadimi, mahir pedaqoq, XX əsr Azərbaycan tibb elmi, tibb təhsili sisteminin və səhiyyənin təşkilinin banilərindən biri, şöhrətli alim, Azərbaycan Respublikasının əməkdar həkimi, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününü bu günümüzdən 110 illik bir məsafə ayırır. Bu məsafə artdıqca Əziz Əliyevin böyüklüyü gözlərimiz önündə daha da möhtəşəmləşir. Gələcəkdə də bu böyüklük öz gücünü, qüvvəsini, əzəmətini daim artırmaqda davam edəcəkdir. Belə korifeylər zaman baxımından tarixən uzaq laşdıqca onların böyüklükləri daha da artır, çoxalır, onlar insan mənəviyyatına daha da yaxınlaşır, insanlara daha yaxın olurlar.