GERIYƏ

İqtisadiyyat mühazirələr toplusu

Müəllif
Nəşr olunduğu il 2015
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat
Nəşr yeri Bakı

. İqtisadiyyat mühazirələr toplusu. Bakı, , 2015.

İqtisadi sistemin transformasiyası və bazar münasibətləri əsasında Milli iqtisadiyyatın formalaşdırılması zərurəti qarşıya bir çox problemlər və vəzifələr çıxarmış, onların həlli üçün iqtisad elminin nəzəri-metodoloji əsasını təşkil edən iqtisadi nəzəriyyənin rolunu, onun elmi əsaslar üzərində, yeni tələblər baxımından, müasir üsullarla tədrisinin əhəmiyyətini son dərəcə aktuallaşdırmışdır. Belə ki, bu gün cəmiyyətin ictimai-iqtisadi həyatında mövcud olan hadisə və proseslərin düzgün dərk olunması, sosial-iqtisadi inkişafın meyllərinin və perspektivlərinin müəyyənləşdirilməsi, iqtisadi fəaliyyətin səmərəli forma və metodlarının işlənib hazırlanması iqtisadi nəzəriyyənin gələ-cək yüksək ixtisaslı kadrlar tərəfindən hərtərəfli mənimsənil-məsini, onlarda bazar iqtisadiyyatına xas olan iqtisadi təfəkkürün formalaşmasını tələb edir. Bu zaman nəzərə almaq lazımdır ki, iqtisadi nəzəriyyə üzrə dərslərin hər zaman, daim sırf abstrakt, real təcrübədən kənar nəzəri müddəalar üzərində qurulması bir çox hallarda öz-özlüyündə yaradıcı və dinamik xarakter daşıyan bu elmin sxolastikaya çevrilməsi ilə nəticələnə bilər ki, bu da tədrisin metodikasının daim təkmilləşdirilməsini, mühazirə və məşğələ dərslərində müasir, nəzəri və praktiki xarakterli üsulların, o cümlədən interaktiv metodların qarşılıqlı şəkildə əlaqələndirilməsini tələb edir və iqtisadi nəzəriyyənin mənimsənilməsində əyaniliyin, müasirliliyin və səmərənin təmin olunmasına imkan verir.