GERIYƏ

Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii ədəbiyyatı biblioqrafiya

Müəllif
Nəşr olunduğu il 2025
Elm sahəsi Biblioqrafiya
Nəşriyyat Füyuzat
Nəşr yeri Bakı

. Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii ədəbiyyatı biblioqrafiya. Bakı, Füyuzat, 2025.

Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ilk dəfə tərtib edilmiş, “Azərbaycanın kitabxana fondlarında mühafizə olunan özbək bədii ədəbiyyatı” biblioqrafiyası eyni soykökə və tarixə söykənən Azərbaycan və Özbəkistan xalqlarının ədəbi əlaqələrinə həsr edilmişdir. Biblioqrafiyada özbək şair və yazıçılarının Azərbaycan dilinə tərcümə edilmiş kitabları, özbək ədibləri və onların əsərləri haqqında 1872–2024-cü illərdə nəşr edilmiş kitablar öz əksini tapmışdır. Vəsaitdə, həmçinin, özbək ədəbiyyatının Azərbaycanda tədqiq və təbliğ tarixi araşdırılmışdır. Materiallar Azərbaycan, rus və özbək dilləri üzrə verilmişdir