Qara Qarayev: Biblioqrafiya
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Qara Qarayev: Biblioqrafiya. Bakı, , 2008.
Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz xidmətləri olan bəstəkarlarımızdan biri də Qara Qarayevdir. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının, “Don Kixot” simfonik qravürünün və yüzlərlə müxtəlif janrlarda yazılmış dünya şöhrətli əsərlərin müəllifi olan Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına təsir göstərmiş, özünəməxsus yaradıcılıq yolu keçmiş, yeni nəfəs, yeni fikir gətirmişdir. Azərbaycanın görkəmli bəstəkarı, pedaqoqu, ictimai xadimi, Azərbaycan və SSRİ Xalq artisti Qara Qarayev haqqında tərtib olunmuş bu biblioqrafik vəsait bəstəkarın həyat və yaradıcılığının bütün dövrlərini əhatə edir.