Qəm leysanı
Müəllif | İmanzadə İsmayıl, Abbaslı Tariyel |
---|---|
Nəşr olunduğu il | 1999 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Yeni Nəşrlər Evi |
Nəşr yeri | Bakı |
İmanzadə İsmayıl, Abbaslı Tariyel. Qəm leysanı. Bakı, Yeni Nəşrlər Evi, 1999.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda erməni işğalçı ordusuna qarşı aparılan qanlı döyüşlərdə igid Cəbrayıl camaatı yüzlərlə şəhid vermişdir. Bu
azdır, yoxsa çox? Qəhrəmanlıq məqamında "bir nəfərin ölümü faciədir, minlərin ölümü statistika" deyənlərin məntiqi özünü doğrultmur. Çünki cəbrayılılların,
bütün Azərbaycan xalqının tam bir on illik boyunca apardığı bu savaĢ Vətən savaĢıdır. Əkər xalq bircə nəfəriylə şüurlu ölüm zirvəsinə, şəhidlik zirvəsinə yüksələ bilirsə deməli, o xalq ləyaqət haqqına sahibdir! Cəbrayıl şəhidləri əvəzinə Azərbaycan şəhidləri deyilsə fikir bəlkə də daha dəqiq ifadə olunardı. Çünki bu kədərli kitabın qəhrəmanları Cəbrayıl ərazisi ilə yanaşı, Qarabağ uğrunda gedən döyüşlərin bütün qaynar xətti boyunca düşmən gülləsinə sinə gərmişlər. Onlar yalnız Cəbrayılı deyil, bütün Azərbaycanı qorumuşlar... Bütün şəhidlərimizin bir amalı olmuĢdur; Vətən torpağını yağıdan qorumaq. Onun nə fərqi var ki, könlündə yurd məhəbbəti gəzdirən vətən əsgəri Cəbrayılda, yaxud Ağdamda, Laçında yaxud Şuşada, Qubadlıda yaxud Zəngilanda, Kəlbəcərdə yaxud Ağdərədə əbədiyyəta qovuşub...