GERIYƏ

Ağciyərlərin infeksion‐iltihabi xəstəliklərinin radiologiyası

Müəllif Sultan Məlahət Cahangir qızı, Ağamalıyeva Aytən Cəfər qızı
Nəşr olunduğu il 2025
Elm sahəsi Tibb elmləri
Nəşriyyat Adiloğlu
Nəşr yeri Bakı

Sultan Məlahət Cahangir qızı, Ağamalıyeva Aytən Cəfər qızı. Ağciyərlərin infeksion‐iltihabi xəstəliklərinin radiologiyası. Bakı, Adiloğlu, 2025.

Ağciyərlər döş qəfəsində yerləşən cüt üzvlərdir. Bu orqanlar tam tutumunda bütün döş boşluğunu doldurur və bədən ölçüsündən asılı olaraq insanlarda onun həcmi 5-6 litrə çata bilər. Nəfəs vermə zamanı ağciyərlər yığılır və onların aşağı kənarları təxminən 4-6 sm yuxarıya doğru qalxır. Sağlam ağciyərlərin hərəkiliyinin səbəbi morfogenez zamanı döş qəfəsi ilə ağciyərləri ayıran plevranın parietal və visseral təbəqələrinin arasında seroz boşluğun yaranmasıdır. Makroskopik olaraq, ağciyərlər süngəri quruluşdadır və bozumtul-çəhrayı rəngdədir