Müasir Azərbaycan cəmiyyətinin demokratikləşməsinin sosial-fəlsəfi aspektləri
Müəllif | Kərimov Əyyub Sevdim oğlu |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Fəlsəfə |
Nəşriyyat | AMEA Fəlsəfə və Hüquq İnstitutu |
Nəşr yeri | Bakı |
Kərimov Əyyub Sevdim oğlu. Müasir Azərbaycan cəmiyyətinin demokratikləşməsinin sosial-fəlsəfi aspektləri. Bakı, AMEA Fəlsəfə və Hüquq İnstitutu, 2014.
Mövzunun aktuallığı. XX əsrin axırıncı onilliyi tarixə müasir beynəlxalq sistemlərin və qlobal proseslərin «tektonik» dəyişiklikləri dövrü kimi daxil olmuşdur. Avrasiya kontinentinin böyük bir ərazisini əhatə edən sosializm sisteminin dağılması ilə dünyanın geopolitik, geostrateji və iqtisadi xəritəsində fundamental və dərin dəyişikliklər baş verdi.