GERIYƏ

Seçilmiş əsərləri İki cilddə. II cild

Müəllif Hacıbəyli Üzeyir
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

Hacıbəyli Üzeyir. Seçilmiş əsərləri İki cilddə. II cild. Bakı, Şərq-Qərb, 2005.

Özünün musiqi dühasında bədii-mədəni keçmişimizin bütün dövrlərini əks etdirən Üzeyir Hacıbəyli poeziyada "Xəmsə"nin, dramaturgiyada "Təmsilat"ın oynadığı rolu musiqidə oynayan operaları, milli maarifçi komediyanın inkişafında yeni tarixi mərhələ təşkil edən və dövrün əxlaq normalarını, adət-ənənələrini əks etdirən pyesləri ilə yanaşı, 1905-1948-ci illər ərzində Azərbaycanın dövri mətbuatında fəal iştirak edərək xalqımıza qırx ildən artıq faydalı xidmət göstərən felyetonları ilə istedadlı publisist kimi də tanınmışdır. Seçilmiş əsərlərinin təqdim olunan cildi dərin dünyagörüşlü, demokratik ideyalı müəllifin zəngin publisist yaradıcılığının məhsulu olan felyetonlarını əhatə edir. Mövzusunun həddən çox genişliyi və müxtəlifliyi ilə səciyyələnən bu kəskin publisistika məfkurə dərinliyi və sağlamlığı, ifadə sərrastlığı ilə seçilir. Burada fikirlər son dərəcə yığcam, aydın və obrazlıdır. Cilddə Üzeyir bəyin seçmə məqalələri də yer alır.