Cümhuriyyətin təhlükəsizlik orqanları: 1918-1920
Müəllif | Qasımov Cəlal |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Vanur Poliqeaf MMC |
Nəşr yeri | Bakı |
Qasımov Cəlal. Cümhuriyyətin təhlükəsizlik orqanları: 1918-1920. Bakı, Vanur Poliqeaf MMC, 2018.
Geniş oxucu kütləsinə təqdim olunan bu kitabda Şərqdə ilk demokratik döv-lət olan Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının - Müdafiə Nazirliyinin tərkibində Kəşfiyyat və əkskəşfiyyat bölməsinin, bir qədər sonra Əksinqilabla Mübarizə Təşkilatının təsis edilməsi, həmin təhlükəsizlik orqanlarının hansı zərurətdən yaradılması, süqutu, əməkdaşlarının taleyi və digər bu kimi məsələlər dövrün mətbuat orqanları və arxiv materialları əsasında tədqiq edilmişdir. Monoqrafiyada əksinqilabla Mübarizə Təşkilatı rəhbərlərindən Məmmədbağır Şeyxzamanlı, Əli Razi Şamçızadə, Mahmud Səfikürdiski, Məmmədtağı Dadaşov kimi əməkdaşların sonrakı taleyi də tədqiqatın predmetinə çevrilmişdir.