Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında - IV cild
Müəllif | Fazil Məmmədov |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Fazil Məmmədov. Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında - IV cild. Bakı, , 2010.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin M.F.Axundov adına Milli Kitabxana ilə birgə layihəsi əsasında çap olunan "Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında" nəşrinin növbəti IV cildi Bakı şəhəri rayonlarının ümumtəhsil məktəblərinin kitabxanalarına həsr olunmuşdur. Burada Bakının Binəqədi, Xəzər, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonlarında fəaliyyət göstərən 302 ümumtəhsil məktəbinin kitabxanası haqqında məlumatlar öz əksini tapmışdır. Azərbaycanda ilk dəfə nəşr olunan bu məlumat kitabı "Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin kitabxanaları" seriyasının başlanğıcıdır. Bu nəşrin növbəti cildlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində və nəzarətində olan bütün ümumtəhsil, xüsusi tipli və özəl məktəblərin kitabxanaları haqqında tam məlumat veriləcəkdir.