GERIYƏ

Azərbaycanda gender məsələləri

Müəllif
Nəşr olunduğu il 2014
Elm sahəsi Sosial elmlər
Nəşriyyat
Nəşr yeri Bakı

. Azərbaycanda gender məsələləri. Bakı, , 2014.

Tarix yarandığı vaxtdan qadın-kişi münasibətləri, onların ailədə və ictimai həyatda fərqi, yeri, funksiyası, xüsusilə, cinsi əlamətə görə iş bölgüsü, qadının üzərinə düşən vəzifələr, cəmiyyətin inkişafında qadının rolu diqqət mərkəzində olsa da, onun təkcə bioloji deyil, həm də sosioloji cins olması barədə ilk fikir və mülahizələr XX əsrdə meydana gəlmişdir. Həmin əsrin 30-40-cı illərindən cəmiyyətşünas alimlər qadının sosial cins olmaqla cəmiyyətdə mövqeyi, ictimai-mədəni tərəqqidə rolu barədə tamam fərqli düşüncələrlə çıxış edərək, müasir elmin yeni bir sahəsini genderşünaslığı formalaşdırmağa başlamışlar. Azərbaycanda isə gender məsələsi (qadının sosial cins kimi tədqiq və təhlili) XX əsrin 90-cı illərindən başlamış, gender bəzi ali məktəblərin tədris planında ayrıca yer almışdır