GERIYƏ

Azərbaycan memarlıq elementləri

Müəllif Xəlil Cəfərov
Nəşr olunduğu il 2024
Elm sahəsi Tarix
Nəşriyyat Təhsil NPM
Nəşr yeri Bakı

Xəlil Cəfərov. Azərbaycan memarlıq elementləri. Bakı, Təhsil NPM, 2024.

Azərbaycan mədəniyyətinin böyük hamisi və təəssübkeşi, Müstəqil Azərbaycanın memarı Ulu öndər Heydər Əliyev bütün səmərəli fəaliyyəti boyu həmişə milli memarlığımızın keşiyində dayanaraq, çoxlu sayda memarlıq əsərlərinin inşa edilməsi və onların milli memarlıq ruhunda olmasının qayğısına qalmışdır. Bu gün Bakımızın və digər şəhərlərimizin küçə və meydanlarını bu dahi şəxsiyyətin qayğısı və tövsiyyəsi ilə ucaldılan biri-birindən gözəl və möhtəşəm memarlıq əsərləri bəzəyir. Bu binaların memarlıq həlli təbii ki, xalqımızın əsrlər boyu yaratdığı zəngin memarlıq irsindən qaynaqlanır.