Əziz Məmmədkərim oğlu Əliyevin 115 illiyinə həsr olunmuş elmi konfransın məcmuəsi
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Tibb elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Əziz Məmmədkərim oğlu Əliyevin 115 illiyinə həsr olunmuş elmi konfransın məcmuəsi. Bakı, , 2012.
Azərbaycanda xalq səhiyyəsinin bu günü və gələcəyi ölkə təbabəti ta-rixində xüsusi yeri olan böyük dövlət və ictimai xadim, pedaqoq-alim, professor Əziz Məmmədkərim oğlu Əliyevin səhiyyə quruculuğunda apardığı işlərlə sıx bağlıdır. Ölkədə ali tibb təhsilinin, ixtisasartırma və kadrların yenidən hazırlanması sisteminin, səhiyyə təşkilatları və müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri kimi onun nəsillərə saxladığı irs öz dəyərini hələ də itirməmişdir. Bu irsin öyrənilməsi və təbliği tarixi həqiqətləri dəyərləndirməklə yanaşı, bugünkü səhiyyə təşkilatçı kadr korpusunun formalaşması və təkmilləşdirilməsinə xidmət edə bilən əvəzsiz fərdi nümunənin əsasında ictimai sağlamlıq və səhiyyənin təşkili sahəsində elmi-praktik təlimin aparılması deməkdir. Əziz Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri, gökəmli həkim və alim kimi, səhiyyə təşkilatçısı, dahi sənətkar, səriştəli rəhbər və mahir dövlət xadimi kimi olan bir şəxsiyyətdir. Ə. Əliyevin fəaliyyət dairəsi olduqca rənga-rəng və çoxcəhətlidir. Prof. Ə.Əliyevin həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, içtimai və dövlət fəaliyyəti sahələri ilə zəngindir. Əziz Əliyevin həyatını və fəaliyyətini əks etdirən tarixi sənədləri izlədikdə ilk növbədə keçdiyi yolun təzadlarının enişli-yoxuşlu olması nəzərə çarpır. Enişlərin dərinliyi də, yoxuşların hündürlüyü də diqqətdən yayınmır. Onun fəth etdiyi zirvələrdə qalma müddəti də adəti olaraq qısadır, çünki istedadı onu yeni zirvələrə səfərbər edirdi.