Seçilmiş əsərləri (hekayələr) - 5 cilddə: III cild
Müəllif | Mir Cəlal |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Adiloğlu |
Nəşr yeri | Bakı |
Mir Cəlal . Seçilmiş əsərləri (hekayələr) - 5 cilddə: III cild. Bakı, Adiloğlu, 2013.
Üçüncü cilddəki hekayələr poetik kamilliyi, cəmiyyət həyatına aid səciyyəvi mövzuları və sərrast lakonizmi ilə diqqəti cəlb edir. Ədibin ilk hekayələrində bədii uğur daha çox şirin və baməzə təhkiyəyə əsaslanırdısa, əllinci illər hekayələrində artıq həyatın səciyyəvi və tipik keyfiyyətlərini, lövhələrini rəssam səliqəsilə yaratmaq bacarığı diqqəti cəlb edir. Həmçinin bu əsərlərdə surətlərin fərdi, canlı mükəlimə tərzi və dərin, dəqiq psixoloji təhlillər diqqəti cəlb edir. Bu əsərlərdə artıq təcrübəli, kamil bir yazıçı və alim Mir Cəlalın həyata, xalqının taleyinə, xüsusən mənəviyyat məsələ-lərinə olan vətəndaş qayğıkeşliyi, fəlsəfi-etik münasibəti əsasdır.