Mir Cəlalın fikir dünyası Aforizmlər, elmi məqalələr
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Avropa |
Nəşr yeri | Bakı |
. Mir Cəlalın fikir dünyası Aforizmlər, elmi məqalələr. Bakı, Avropa, 2020.
XX əsr Azərbaycan humanitar-intellektual, ədəbi-filoloji düşüncəsinin görkəmli nümayəndəsi Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində, yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Şimali Azərbaycana - Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda, 1918-ci ildə atası vəfat etmiş, o, böyük qardaşının himayəsində yaşayıb. Balacalığından fitri istedadı ilə ətrafdakıların diqqətini cəlb edən Mir Cəlal 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə darülmüəlliminə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.