Əbdürrəhman Fətəlibəyli-Düdənginski
Müəllif | Nəsiman Yaqublu |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Abşeron Nəşr |
Nəşr yeri | Bakı |
Nəsiman Yaqublu. Əbdürrəhman Fətəlibəyli-Düdənginski. Bakı, Abşeron Nəşr, 2009.
Azərbaycan legionunun başçısı və "Azadlıq" radiosu "Azərbaycan" redaksiyasımın baş redaktoru olmuş, tanınmış siyasi xadim Əbdürrəhman Fətəlibəyli-Düdənginski haqqında olan bu kitab maraqlı tarixi sənədlər əsasında yazılmışdır. Kitabda Ə.Fətəlibəylinin fəaliyyətinin müxtəlif mərhələləri öz əksini tapmışdır. Onun tərcümeyi-halı, hərbi məktəbdə təhsili, Sovet ordusunda xidməti, müharibə illərində Azərbaycan legionunun təşki-lindəki rolu, minlərlə insanı xilas etməsi, sonradan Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda apardığı mücadilə, Qərb dövlətləri ilə (xüsusən ABŞ-la) ciddi siyasi çalışmaları sənədlərlə əsaslandırılmışdır. Bundan əlavə, kitabda Ə. Fətəlibəylinin İkinci Dünya müharibəsindən sonrakı fəaliyyəti, K.Etliyə məşhur məktubu, tanınmış mühacir C.Hacıbəyli ilə yazışmaları, Almaniyada "Azərbaycan" jurnalını Azərbaycan və rus dil-lərində nəşr etməsi də araşdırılmışdır.