GERIYƏ

Naxçıvan Muxtar Respublikasının rəsmi dərman bitkiləri

Müəllif
Nəşr olunduğu il 2014
Elm sahəsi Təbiət elmləri
Nəşriyyat Əcəmi
Nəşr yeri Naxçıvan

. Naxçıvan Muxtar Respublikasının rəsmi dərman bitkiləri. Naxçıvan, Əcəmi, 2014.

Naxçıvanın flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusilə müalicəvi təsiri olan dərman bitkilərinin yayılma zonaları müəyyən edilib, onların tərkibindəki bioaktiv maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyəti araşdırılıb. Kitabda, həmçinin Naxçıvan florasında yayılmış dərman bitkilərinin təbiətdəki müasir vəziyyəti və təbii ehtiyatı bol olan bu növlərin mövcud yayılma zonaları müvafiq xəritələrdə verilib. Dərman bitkilərinin rəngli fotoşəkilləri, yayıldığı ərazilər, kimyəvi tərkibi, müalicəvi əhəmiyyəti, eyni zamanda bu bitkilərinin toplanılması, qurudulması və saxlanması qaydaları göstərilib. Naxçıvan Muxtar Respublikasında mövcud olan 132 növ rəsmi dərman bitkisinin sistematik vəziyyəti, təbii və istismar ehtiyatı, kimyəvi tərkibi və yayılma zonaları haqqında geniş təsəvvür yaradan ilk kitabdır.