GERIYƏ

Suvarılan tərəvəzaltı torpaqların bioloji fəallığa görə qiymətləndirilməsi

Müəllif Orucova Nailə Hidayət qızı
Nəşr olunduğu il 2009
Elm sahəsi Ekologiya
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Orucova Nailə Hidayət qızı. Suvarılan tərəvəzaltı torpaqların bioloji fəallığa görə qiymətləndirilməsi. Bakı, Elm, 2009.

Təqdim olunan monoqrafiya Abşeron bölgəsinin suvarılan boz-qonur, Şirvan düzünün boz-çəmən, Quba-Xaçmaz bölgəsinin allüvial çəmən-meşə və Lənkəran bölgəsinin qleyli-sarı torpaqlarında əkin dövriyyəsində və daimi əkində becərilən bitkilər altında fermentlərin (invertaza, ureaza, fosfataza, katalaza, dehidrogenaza) fəallığının, biokimyəvi proseslərin intensivliyinin (torpaqların nitrifikasiya və ammonifikasiya qabiliyyəti, torpaqdan ayrılan karbon qazının və torpaq profilində yerləşdiririlmiş sellülozanın parçalanma intensivliyi) və mikroorqanizmlərin miqdarının öyrənilməsinə həsr olunmuşdur. İlk dəfə olaraq faktiki rəqəmlər əsasında subtropik zonanın suvarılan torpaqlarının əkin dövriy-yəsində daimi əkinlə və xam variantlarla müqayisəli surətdə bioloji göstəricilərə görə biodiaqnostikası verilmiş, kompleks bioloji göstəricilər əsasında torpaqla-rın bioloji vəziyyətinin inteqral göstəricisi müəyyən edilmiş, bioloji qiymətlən dirmə aparılmış və torpaqların bioloji qiymətləndirilməsinə görə elmi cəhətdən əsaslandırılmış əkin sxemlərinin tətbiqinin zəruriliyi əsaslandırılmışdır. Monoqrafiya torpaq-iqlim şəraitinə görə bir-birindən fərqlənən region-larda 1985-2005-ci illərdə aparılan elmi-tədqiqat işlərinin məhsulu olub, mütə-xəssislər, torpaqşünaslar, aqronomlar, torpaq biologiyası ilə məşğul olanlar üçün nəzərdə tutulmuşdur. Müəllif monoqrafiyaya aid olan irad və təkliflərə görə oxuculara əvvəlcədən minnətdarlığını bildirir.