Azərbaycan dövlətçiliyi tarixində gömrük işi (Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
Müəllif | Röfət Quliyev |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Turxan NPB |
Nəşr yeri | Bakı |
Röfət Quliyev. Azərbaycan dövlətçiliyi tarixində gömrük işi (Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014). Bakı, Turxan NPB, 2015.
Kitabda 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının dövlət idarəçiliyinin ayrılmaz tərkib hissəsi olan gömrük xidmətinin təşkili və formalaşması mərhələləri araşdırılır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və tövsiyələri əsasında dövlətinin gömrük siyasətinin iqtisadi, təşkilati və
hüquqi mexanizmləri işlənilib-hazırlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlik qayğısı ilə milli gömrük sistemi daha da təkmilləşdirildi,
iqtisadi təhlükəsizliyimizin qorunmasında rolu və əhəmiyyəti daha da artırıldı. Kitabda həmçinin ölkənin iqtisadi-ticarət əlaqələrinin ildən-ilə genişlənməsi kontekstində gömrük nəzarətinin iqtisadi nəticələrinin yüksəlməsi, qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə işinin səmərəsinin artması,
gömrük işi sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilərək tətbiq edilməsi kimi məsələlər təhlil olunur.