GERIYƏ

Yalquzaq

Müəllif Herman Hesse
Nəşr olunduğu il 2017
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Qanun
Nəşr yeri Bakı

Herman Hesse. Yalquzaq. Bakı, Qanun, 2017.

Kitab, modernizmin insanlara aşıladığı homogenliyi, tək bir həqiqətin varlığını və bütöv digər standartları əlinin tərsi ilə itələyərək, post-modernizmin qapılarını üzümüzə açır. Müəllif, homogenliyin yerinə heterogenliyi, tək bir gerçəklik qarşısında müxtəlif rəyləri, standartlar yerinə olduqca fərqliləşməyi, bütövlük əvəzinə parçalanmağı gözə alaraq oxuyucuya post-modernist bir əsər təqdim etmişdir. Modern insan, nə də olsa artıq bədbəxt birinsandır və hər yerdə və hər şəkildə ayrı-ayrı zəncirlərə vurulmuşdur. Bəlkə də bəlli dövrlərdə və bəlli ölkələrdə əsərin qadağan olunmasının, ya da ən azından sıxışdırılmasının səbəbi özündə daşıdığı mənadır.