GERIYƏ

Sirli sənəd

Müəllif İbrahim Samiroğlu
Nəşr olunduğu il 2022
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat
Nəşr yeri Bakı

İbrahim Samiroğlu. Sirli sənəd. Bakı, , 2022.

Zəhləsi gedən zəngli saat səslənirdi. Vərdiş etməsə idi, bu saatı qurmağa ehtiyac qalmazdı. Hər səhər, saat doqquzda oyanırdı. Tək yaşaması, onun həyatını dəyişməmişdi. Evdəkilər nə qədər təkid etdilərsə də, evlənmədi. Bu adam, İstefada olan qırx yaşlı Mayor, Rövşən Rəhimov idi. Saçını, yüzlərlə cinayət işi açmaqda ağartmışdı. Son vaxtlar, xəfiyyəlik edirdi. Ona təklif olunan cinayətləri açır, müəyyən miqdarda qonorar alırdı. Əl-üzünü yuyub, mətbəxə keçdi. Yüngül qəlyanaltı hazırlamağa başlayırdı ki, qapının zəngi çalındı. Mətbəx işini kənara qoyub, zəngi susmayan qapıya getdi. Qapını açıb, gələnin kim olduğunu nəzərdən keçirdi. – Salam, sabahınız xeyir. Rövşən Rəhimov? – Sabahınız xeyir, bəli. Bu, otuz yaşlarında bir kişi idi. Üzündən qəmli olduğu görünürdü. – Mən sizdən kömək istəyirəm. – həm fikirli, həm qəmli görünürdü.