GERIYƏ

İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər Beynəlxalq elmi konfransın materialları

Müəllif
Nəşr olunduğu il 2020
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat
Nəşr yeri Sumqayıt

. İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər Beynəlxalq elmi konfransın materialları. Sumqayıt, , 2020.

İyulun 9-da Sumqayıt Dövlət Universitetində “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda videokonfrans formatında keçirilən Beynəlxalq elmi konfransının bağlanış mərasimi keçirildi. Konfransın Plenar iclasında Millət vəkili akademik Ziyad Səmədzadə, Millət vəkili Vüqar Bayramov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor əvəzi professor Arzu Hüseynova, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri professor Elşən Hacızadə və Azərbaycan, Türkiyə, Rusiya, o cümlədən, digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri də iştirak etdilər. Konfransın bağlanış mərasimində Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Sumqayıt Dövlət Universitetində mövcud vəziyyətlə əlaqədar onlayn formatda bütün elmi istiqamətlər üzrə respublika və beynəlxalq səviyyəli tədbirlərimiz, konfranslarımız təşkil olunur. Həmçinin onlarla professor və alimlərimiz beynəlxalq konfranslarda uğurla iştirak və məruzələrlə çıxışlar edirlər. Bu baxımdan universitetimiz dünyanın bir çox universitetləri ilə əlaqələri genişləndirir. İki gün davam edən konfransın məqsədi də yerli və xarici mütəxəssisləri, alimləri, ictimai xadimləri bir araya gətirmək, mövzu ətrafında müzakirələr aparmaq, innovativ fikirlərlə paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir. Hələ, 2018-ci ilin may ayında “İqtisadi təhlükəsizlik mövcud vəziyyət və perspektivlər” Beynəlxalq elmi konfransının möhtəşəm təşkilindən sonra, iqtisadi təhlükəsizlik məsələləri ilə bağlı konfransımıza daimi status verildi və iki ildən bir bu konfransın keçirilməsi qərara alındı. İndi bir daha əmin olduq ki, qlobal təhlükələr hansı həddə çatmışdır. Buna görə də hər bir ölkənin milli və iqtisadi təhlükəsizliyi davamlı araşdırılaraq, yeni iqtisadi və idarəetmə mexanizmlərinin işlənib hazırlanmasını tələb edir. Bu istiqamətdə konfransın keçiriləsi xüsusi əhəmiyyət kəsb edir.