GERIYƏ

Qlobal tendensiyalar və müasir Azərbaycan mövzusunda Respublika elmi konfransının materialları

Müəllif
Nəşr olunduğu il 2018
Elm sahəsi Elm və təhsil
Nəşriyyat
Nəşr yeri Mingeçevir

. Qlobal tendensiyalar və müasir Azərbaycan mövzusunda Respublika elmi konfransının materialları. Mingeçevir, , 2018.

Əsrlər boyu yadelli işğalçılar tərəfindən təzyiqlərə məruz qalan Azərbaycan XX əsrin sonları və XXI əsrin əvvəllərində öz taleyüklü problemlərinin həllinə düçar olmuşdur. 1988-ci ildə dünya birliyinin düşüncəsini cəlb edən Azərbaycanda baş verən azadlıq hərəkatı əsrin əvvəllərində itirilmiş dövlətçiliyimizi yenidən dirçəltdi. Hərəkat xalqın azadlıq amalının gerçəkləşməsinə güclü təkan verdi. Azərbaycan Parlamenti Müstəqillik haqqında Konstitusiya aktı qəbul edərək, dünya birliyinə özünü müstəqil dövlət kimi tanıtdı. Lakin bu müstəqilliyin ilk illəri xalqımız üçün çox çətin ictimai-siyasi proseslərlə müşayət olundu. Bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə respublika daxilində sabitliyin olmaması, anarxiyanın baş alması gənc, müstəqil dövlət üçün ağır problemlər yaratmışdı. Bu hərcmərclikdən riyakarcasına istifadə edən qüvvələr, xüsusən meydan hərəkatında əslində anarxiyaya səsləyən şəxslər hakimiyyətə can atırdı. Lakin onların hakimiyyət hərisliyi reallaşsa da, idarəçilik təcrübəsinin olmaması, xaricdən olan təzyiqlər dövlətin dayaqlarını sarsıtdı. Xarici siyasətin düzgün aparılmaması, xüsusilə bir sıra qonşu dövlətlərlə münasibətlərin pozulması, ölkə daxili hakimiyyət davaları nəticəsində ölkədə milli qarşıdurma yaranmışdı. Xalq məhz bu sarsıntılı dövrdə ümid Naxçıvana, Muxtar Respublika Ali Məclisinin sədri Heydər Əliyevə üz tutaraq onu hakimiyyət sükanına dəvət etdi, özünün dövlətçiliyini möhkəmləndirmək, dinc quruculuq işlərinin başlanması ümidlərini onunla bağladı